İTV-də baş direktor müavini və xəbər müdiri işdən çıxarıldı
03 sentyabr 2013 14:00 (UTC +04:00)

İTV-də baş direktor müavini və xəbər müdiri işdən çıxarıldı

0

İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətində daha iki istefa baş verib. Şirkətdən Lent.az-a verilən məlumata görə, İTV sədrinin ictimai-siyasi məsələlər üzrə direktor müavini Oqtay Bayramov işdən çıxarılıb.

 

İTV-nin Xəbərlər Departamentinin direktoru İlham Sərxanlı da vəzifəsindən azad olunub.

 

Hər iki vəzifəyə hələlik təyinat olmayıb.

 

Məlumata görə, bu gün İTV-nin Yayım Şurasının iclası çağırılıb. İclasda yeni təyinatlar olacağı gözlənilir.

 

Qeyd edək ki, O. Bayramov İTV-nin direktor müavini vəzifəsinə yeni təyinat almışdı. O, buna qədər “Azərtac”ın Türkiyə bürosunun rəhbəri vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2964

Oxşar yazılar