Şirvan şəhər sakinindən narkotik götürülüb. Lent.az-ın məlumatına görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İsa Məhərrəmovun Qarabağlı kəndindəki evinə baxış zamanı oradan 506,32 qram marixuana aşkar edilərək götürülüb.
Araşdırma aparılır.