Mingəçevirdə min manatlıq  talan
07 fevral 2013 21:17 (UTC +04:00)

Mingəçevirdə min manatlıq  talan

0

Mingəçevir şəhərində sahibkara məxsus mağazadan oğurluq edilib. Mingəçevir şəhər polis şöbəsindən APA-ya verilən məlumata görə, ötən gecə naməlum şəxslər Heydər Əliyev prospekti 68 ünvanında yerləşən sahibkar Şahlar Qarayevə məxsus mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 1000 manatdan çox olan müxtəlif çeşiddə qida məhsulu, məişət əşyaları oğurlayıblar.

 

Faktla bağlı şəhər polis şöbəsində cinayət işi açılıb. Hazırda oğurluq edən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 894

Oxşar yazılar