Oğuzda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Oğuz rayonu, Xaçmaz kəndində ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı kürsülü evin mətbəxinin tavanı 30 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.