Ötən gün 54 cinayət faktı qeydə alınıb
09 fevral 2013 12:48 (UTC +04:00)

Ötən gün 54 cinayət faktı qeydə alınıb

0

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 54 cinayət faktı qeydə alınıb, onların da 35-i “isti izlər”lə açılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmçinin ötən günlərdən bağlı qalan 1 cinayətin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. 35 nəfər tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 600

Oxşar yazılar