
Azərbaycanda külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirir.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata əsasən, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də çəkisi 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 414 ədəd çətənə kolları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nərimanov rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin götürülüb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 1,1 kiloqram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının saxladığı Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ş.Səmədovdan 440 qram marixuana götürülüb.
Neftçala rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mirzəqurbanlı kənd sakini, əvvəllər məhkum olunmuş Z.Əliyevin həyətyanı sahəsindən 1,7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Ucar rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaracallı kənd sakini C.Mikayılova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 414 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfatına baxış zamanı 6,5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Oxşar yazılar
Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı
15 avqust 2025 , 12:05
Bakıda maşın daha bir piyadanı vurub öldürdü
15 avqust 2025 , 11:21
Qəbələdə FACİƏ: evdən meyit tapıldı
15 avqust 2025 , 09:37
Xaçmazda QANLI HADİSƏ: tanışını bıçaqladı
15 avqust 2025 , 09:23
Kəlbəcərdə 54 yaşlı kişi qayadan yıxılıb öldü
15 avqust 2025 , 08:38
Naxçıvanda AĞIR QƏZA: ölənlər var - VİDEO
15 avqust 2025 , 00:50
Qazaxda açıq ərazidə baş verən YANĞIN: söndürüldü-VİDEO
14 avqust 2025 , 20:58