
Piyadanı öldürən sürüyə hökm oxundu
Bakıda sərxoş vəziyyətdə qəza törətməkdə təqsirləndirilən Şaiq Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Ş.Mikayılov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ş.Mikayılov sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı maşınla yol-nəqliyyat hadisəsi törədib. Qəza zamanı piyada Səkinə Ramazanova hadisə yerində dünyasını dəyişib. İki avtomobilə isə ciddi ziyan dəyib. Ş.Mikayılov isə qəzadan sonra hadisə yerindən qaçıb.
Xatırladaq ki, Ş.Mikayılovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar yazılar

Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
7 avqust 2025 , 21:50
AAYDA-nın polisə tabe olmayan vəzifəli şəxsi həbs edildi
7 avqust 2025 , 20:28
İtkin düşən 33 yaşlı qadının meyiti Kür çayından tapıldı
7 avqust 2025 , 19:33
Bakıda "moyka"dan müştərinin maşınını qaçıranlar TUTULDU
7 avqust 2025 , 17:43
Masallıda FACİƏ: qadın yanaraq öldü
7 avqust 2025 , 15:07
Balakən dağlarında ƏMƏLİYYAT: silahlı dəstə ələ keçdi
7 avqust 2025 , 15:00
62 yaşlı kişi dənizdə batdı
7 avqust 2025 , 14:18