Bakıda qaçırılmış avtomobil Lənkəranda tapılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu PB və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Əlibəy Heydərova məxsus “Mitsubishi” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Lənkəran şəhər sakini Fərid Səmədzadə şəhər ərazisində avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.