Qarabağ kanalında meyiti tapılan qadının kimliyi məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, qadın 1938-ci il təvəllüdlü Rəsulova Nərgiz Əli qızıdır.
N. Rəsulova Qoyunbinəsi kənd sakinidir. Onun ruhi xəstə olduğu bildirilir.
İlkin ehtimala görə, N. Rəsulova intihar edib.
**
11:07
Yevlaxda kanaldan qadın meyiti tapılıb.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Yuxarı Qarabağ Kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb. L
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:30-da başa çatıb.