Qapını sındırıb evə girdilər, kirayənişini döyüb pul apardılar
22 sentyabr 2017 11:13 (UTC +04:00)

Qapını sındırıb evə girdilər, kirayənişini döyüb pul apardılar

0

Bərdədə quldurluq etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 21-də Bərdə Rayon Polis Şöbəsinə vətəndaşa qarşı quldurluq edilməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn əməliyyat qrupu müvafiq müayinələr aparıb. Araşdırmalarla müəyyən edilib ki, saat 6 radələrində 4 naməlum şəxs qapını sındırmaq yolu ilə şəhər sakini Orxan Kərimovun kirayədə yaşadığı evə girərək onu döyüb, bıçaqla hədələyərək 200 manat pulunu və 2 mobil telefonunu aparıblar. 

 

Təxirəsalınmaz tədbirlərlə quldurluğu törədənlər müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Elmidar Məmmədov, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Aftandil Axundov, Murad Hüseynov və Şirxan İmanov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutlarla birgə Polis Şöbəsinə gətiriliblər. Ş.İmanovun üzərinə baxış zamanı 1 ədəd bıçaq və 0,98 qram heroin aşkar edilərək götürülüb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 456

Oxşar yazılar