Qaradağ zəlzələsi: 7 nəfər yaralanıb, 5 evə zərər dəyib
27 yanvar 2013 03:50 (UTC +04:00)

Qaradağ zəlzələsi: 7 nəfər yaralanıb, 5 evə zərər dəyib

0

Qaradağ mahalında baş verən zəlzələ nəticəsində Herisin Şahsuvar kəndinin 7 sakini yaralanıb. APA-nın məlumatına görə, müxtəlif dərəcəli xəsarət alanlar ölkənin Qızıl Ay Cəmiyyətinin xətti ilə xəstəxanaya çatdırılıb. Tibbi yardım göstəriləndən sonra yaralılar evə buraxılıb.

 

Zəlzələ nəticəsində Əhərin Gəziləcə kəndində 5 evə zərər dəyib. Vərziganda isə hələ də yeraltı təkanlar davam edir.

 

Qeyd edək ki,  İranın Şərqi Azərbaycan əyalətində yanvarın 26-da yerli vaxtla saat 18:40-da Rixter şkalası üzrə 4.8 bal gücündə zəlzələ baş verib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2613

Oxşar yazılar