Qazaxda soyğunçuluq etmiş şəxslər tutuldu
10 noyabr 2017 12:33 (UTC +04:00)

Qazaxda soyğunçuluq etmiş şəxslər tutuldu

0

Qazaxda soyğunçuluq etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 9-da Qazax rayonunun Qazaxbəyli kəndində 2 naməlum şəxs  Şirvan şəhər sakini Ramil Məmmədova zor tətbiq edərək 45 manat, 1850 lirə (810 manat) pulunu və mobil telefonunu alıb.

 

Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Roman Rzayev və Sumqayıt şəhər sakini Dərya Əsgərov tutulublar.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar