Qəhrəmanlar unudulmur - Milli Qəhrəman Mirəsgər Seyidov
06 fevral 2013 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur - Milli Qəhrəman Mirəsgər Seyidov

0

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir. 

 

Qəhrəmanlar unudulmur!

 

6 fevral Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür. Mirəsgər Mirabdulla oğlu Seyidov 1970-ci il fevralın 6-da Babək rayonu Qaraxanbəyli kəndində anadan olub. O, 1990-cı ildən yerli özünümüdafiə batalyonunun tərkibində Naxçıvanın cəbhə boyu kəndlərinin müdafiəsində şücaətlə vuruşub, cəsurluğu ilə ad qazanıb, 1992-ci il iyunun 14-də Yuxarı Buzqov kəndi yaxınlığında döyüşdə son gülləsinə qədər vuruşub, döyüş yoldaşlarını xilas edərkən yaralanıb və şəhid olub. 1992-ci il dekabrın 18-də Milli Qəhrəman adına layiq görülüb.

Naxçıvan şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Oxuduğu 15 saylı Naxçıvan şəhər orta məktəbi onun adını daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 920

Oxşar yazılar