Millət vəkili Qənirə Paşayeva Sivasda Dağlıq Qarabağ problem, Xocalı Soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. Lent.az-ın məlumatına görə, görüşə Sivasın Cumhuriyyet Universiteti və Türk Ocaqlarının təşkil etdiyi Universitet rəhbərlyinin, müəllim və tələbələrin, Türk Ocakları rəhbərləri və nümayəndələrinin, çoxlu sayda Sivaslının qatılıb. “100-cü ilində erməni məsələsi” adlı konfransda geniş məruzə ilə çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edildiyini bildirib və Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva ermənilərin 23 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , – deyib. Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd etdi. Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi münasibətilə erməni diaspor və lobbisinin daha böyük səylər göstərdiyini deyən millət vəkili Qənirə Paşayeva dünyanın hər yerində yaşayan türk kökənli insanları erməni yalanlarına qarşı daha ciddi mübarizəyə səsləyib. ”Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ dəədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransa və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Bu Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. “Sonda Q.Paşayeva Azərbaycan həqiqətlərinin anladan kitabları, materialları, özünün müəllifi olduğu Türkiyə türkcəsində“Hocalı Soykırımı tanıkların dilinden” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin hazırladığı “Azərbaycan həqiqətləri” filmləri kataloqunu tədbir iştirakçılarına hədiyyə edib və gənclərin suallarını geniş şəkildə cavablandırıb.
HADİSƏ
- Ana səhifə
- HADİSƏ
Qənirə Paşayeva “100-cü ilində erməni məsələsi”ndə çıxış edib
- Avropada rahat yaşamaq üçün nə qədər pul lazımdır: ölkə reytinqləri
- Bakı metrosunun iş rejimi dəyişdiriləcək
- Azərbaycanda meymunçiçəyinə yoluxma var? - RƏSMİ
Oxşar yazılar
XƏBƏR LENTİ
18:22Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
18:19Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə sosial şəbəkədə paylaşım etdi
17:51Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti
17:45Prezidentlər Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:40Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırdı
17:20Mağazada kameralar sizi gizlicə izləyə bilər? – Çoxlarının bilmədiyi QADAĞALAR
17:19Birinci xanımlar çay masasında söhbətləşdi - FOTOLENT
16:57İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər
16:57İlham Əliyev və Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
16:50İlham Əliyev: Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir
16:49İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
16:48Güclü yağış davam edir - GÜNÜN HAVASI
16:40Azərbaycan tək deyil, Türkiyə onun yanındadır - İlham Əliyev
16:27İlham Əliyev: Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur
16:27“Heç kimə imkan vermərik ki, aramıza girsin” - İlham Əliyev
16:25Prezident: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir
16:23Ərdoğan bu dəfə "Azərbaycan-Türkiyə" şeirini dedi
16:19Türkiyə Ağdamda yeni məktəb tikir
16:1844 gün ərzində Türkiyə Prezidenti və qardaş türk xalqı bizim yanımızda idi - İlham Əliyev
16:18Kombi işləyərkən bu səhvi etməyin – Qaz pulunu artırır
16:15Ərdoğan Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlərə mesaj verdi
16:14Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur - Ərdoğan
16:11Ərdoğan: Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni mərhələnin qapısını açıb
16:10İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
16:09Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər -FOTOLENT
16:03Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -FOTOLENT -VİDEO
16:01Xankəndidən verilən Zəfər mesajı – TƏHLİL
16:00İlham Əliyevdən Ərdoğana: Bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
15:59Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq- XƏBƏRDARLIQ
15:47Ev aldınız, başqasının borcu qarşınıza çıxdı – Minlərlə manatlıq tələ!
15:16Nar şirəsinin ürəyə 5 faydası
15:11Prezidentin sosial media hesablarında Ərdoğanın Azərbaycana rəsmi səfəri -VİDEO
15:05Şuşada Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüşdü
15:00İğdırdan Azərbaycana Zəfər Günü təbriki - VİDEO
14:45Çox danışan qadınların problemi nədir? - Psixoloqdan CAVAB
14:38Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir -VİDEO
14:14Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? – Gizli təhlükə
13:50Ərdoğan Qarabağda -VİDEO
13:12Ana və qızı 8 min şüşə butulkadan yeddiotaqlı ev tikdi
12:50Xankəndidən verilən tarixi mesaj: Separatizmin izlərindən Zəfər Muzeyinə
12:41Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
12:28Zəfərin FOTOLARI
12:26Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
12:25Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!
12:25Şəmkirdə AĞIR QƏZA: 18 yaşlı gənc öldü -YENİLƏNİB
12:19Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir - Prezident
12:17"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Dövlət başçısı
12:14Prezident: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar
12:11Prezident Xankəndidəki Zəfər Muzeyinin məkanını açıqladı
12:10Əfsuslar olsun ki, mənim sözlərimi eşitmədilər - İlham Əliyev
12:08Samsung-un tarixində ən yaxşı 8 və ən pis 6 smartfon
12:07İlham Əliyev: Bizi irəliyə aparan yol ləyaqət yolu idi
12:03İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - VİDEO
12:02Ərdoğan Azərbaycana yola düşdü
11:50"Devin Media" ofisindən çıxarıldı - VİDEO
11:45“Əsgərin qanlı bayrağını hələ də saxlayıram” - Vətən müharibəsinin həkimi -VİDEO
11:41Qar yağır, güclü külək davam edir - GÜNÜN HAVASI
11:39Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
11:08Yumurta arıqlamağa kömək edir?
10:37Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir