Qubada 39 yaşlı kişi göldə boğuldu
29 avqust 2014 01:26 (UTC +04:00)

Qubada 39 yaşlı kişi göldə boğuldu

Avqustun 28-də Quba rayonu, Susay kəndi ərazisində 39 yaşlı kişi göldə batıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, Susay kəndi ərazisində süni göldə batmış 1975-ci il təvəllüdlü Əkrəm Eldar oğlu Əhmədzadənin axtarışları başa çatıb .

 

 Ə.Əhmədzadənin cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1004

Oxşar yazılar