Qubada maşın kanala düşdü
22 sentyabr 2013 21:49 (UTC +04:00)

Qubada maşın kanala düşdü

Bu gün Quba rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya Federasiya dövlət sərhədi yolunun 164-cü km-də, Quba rayonu ərazisində qeydə alınıb.

 

Quba rayon sakini, 1990-cı il təvəllüdlü Ağarəhimov Rza Qalib oğlunun idarə etdiyi 40 BX 707 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil yoldan çıxaraq, Samur-Abşeron kanalına düşüb. Qəza nəticəsində sürücü dünyasını dəyişib, iki nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Quba rayon sakinləri – 1987-ci il təvəllüdlü Əliyev Anar Rahib oğlu və 1988-ci il təvəllüdlü Ruslan Müslüvomdur.

 

Faktla bağlı araşdırma aparılır.

# 1042
avatar

Oxşar yazılar