Restorandakı yanğının qarşısı alınıb
21 sentyabr 2013 22:26 (UTC +04:00)

Restorandakı yanğının qarşısı alınıb

Bakının Yasamal rayonu, Bəsti Bağırova küçəsi 2 ünvanında yerləşən “Maestro” restoranında baş vermiş yanğının qarşısı alınıb. APA-ın məlumatına görə, yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyi  Yasamal Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Qısa zamanda baş vermiş yanğınının qarşısı alınıb.

 

Yasamal Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğın restoranın soba hissəsində baş verib. Nəticədə plastik borularla əhatəli olan bacaya keçən yanğın təxminən 5 kvadratmetri bürüyüb. Tez bir zamanda söndürülən yanğının ətraf binalara keçməsinin qarşısı alınıb.

 

 

# 666
avatar

Oxşar yazılar