Rövşən Lənkəranskinin “canişin”i Rusiyadan çıxarıldı
21 sentyabr 2013 13:45 (UTC +04:00)

Rövşən Lənkəranskinin “canişin”i Rusiyadan çıxarıldı

Sentyabrın 20-də gecə kriminal aləmdə “Mumu”, yaxud “Oleq Slutskiy” ləqəbi ilə məşhur olan “qanuni oğru”, belarusiyalı Oleq Qerasimoviç Rusiyadan deportasiya edilib.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 39 yaşlı Oleq Qerasimoviç sentyabrın 19-da səhər Saratov vilayəti, Krasnoarmeysk rayonunun Ust-Zoixa qəsəbəsindəki həbsxanadan azadlığa buraxılıb.

 

Qeyd edək ki,  Oleq Qerasimoviç Aslan Usoyan (“Ded Xasan”) əleyhinə qrup formalaşdıran “Rövşən Lənkəranski” ləqəbli  Azərbaycan əsilli qanuni oğru Rövşən Canıyevin keçən ilin dekabrında Dubayda təşkil etdiyi yığıncaqda iştirak edib və “qanuni oğru” adına layiq görülüb. O, Urala göndərilib. Məqsəd “Ded Xasan”dan sonra onun yaxın qohumu Timur Mirzoyevin ətrafında birləşmiş qruplaşmanın Uralda mövqelərini zəiflətmək olub. Ancaq Yekaterinburqa gələn Oleq Qerasimoviçə Uralda möhkəmlənmək müyəssər olmayıb.  Oleq Qerasimoviç üzərində narkotik vasitə tapıldığı üçün 6 ay azadlıqdan məhrum edilib. Rusiyada arzuedilməz şəxs sayılan Oleq Qerasimoviç həbs müddəti başa çatandan sonra  Saratovdan Moskvaya gətirilib və “Domodedevo” aeroportundan Moskva-Minsk aviareysi ilə Belarusa yola salınıb.  Üç il ərzində Oleq Qerasimoviçin Rusiyaya girişi qadağan olunub.

 

# 4721
avatar

Oxşar yazılar