Şagirdlərin noutbuk, kompüter, stullarını oğurlayan şəxs tutulub
26 sentyabr 2017 12:08 (UTC +04:00)

Şagirdlərin noutbuk, kompüter, stullarını oğurlayan şəxs tutulub

0

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Suraxanı rayonunda yerləşən orta məktəblərdən birində qeyri-aşkar şəraitdə baş verən oğurluq hadisənin üstünün açılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, məktəbin rəhbərliyi tərəfindən nazirliyin “102” Zəng Mərkəzinə məlumat verilərək bildirilib ki, müxtəlif vaxtlarda təhsil müəssisəsinin saxlanc yerindən 5 ədəd noutbuk, 1 ədəd kompüter, 156 ədəd stul və 14 ədəd yumşaq oturacaq dəsti oğurlanıb.

 

Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 32-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin həmin məktəbin texniki işçisi paytaxt sakini Azər Kərimov tərəfindən törədildiyi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.

 

İlkin ifadəsi zamanı A. Kərimov törətdiyi cinayəti etiraf edib və məktəbdən oğurladığı noutbutlaı, eləcə də digər əşyaları satdığını bildirib.

 

Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar