Qax və Cəlilabadda yanğın hadisələri qeydə alınıb. Lent.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Qax rayonunda vətəndaşa məxsus ümumi sahəsi 105 m2 olan sexdə 7 ədəd taxta qapı və sexin giriş qapısı yanıb. Sex yanğından mühafizə olunub.
Cəlilabad rayonu, Qarazəncir kəndində vətəndaşa məxsus ümumi sahəsi 198 m2 olan birmərtəbəli 5 otaqlı kürsülü evin 1 otağında 20 m2 sahədə ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.