Siyəzəndə yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Siyəzən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 52 m2 olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə və ətrafında 20 m2 sahədə məişət tullantıları yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.