Son sutka ərzində baş vermiş cinayətlərin STATİSTİKASI
21 sentyabr 2013 13:28 (UTC +04:00)

Son sutka ərzində baş vermiş cinayətlərin STATİSTİKASI

Respublikanın daxili işlər orqanları tərəfindən son sutka ərzində 58 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

 

# 689
avatar

Oxşar yazılar