Sumqayıtda yol qəzası: 2 ölü, 8 yaralı
02 sentyabr 2013 17:12 (UTC +04:00)

Sumqayıtda yol qəzası: 2 ölü, 8 yaralı

Sentyabrın 1-də saat 15.00 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində Soltan Xəlfəliyevin idarə etdiyi “VAZ-2104” markalı və Bakı şəhər sakini Ibrahim Əlixanovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə Soltan Xəlfəliyevin sərnişinlərindən oğlu Nihat və atası Məhəbbət hadisə yerində ölüb.

 

Xəsarət almış özü və digər sərnişinləri, anası Şölə, qızı Əsmər, arvadı Zərinə, habelə İ.Əlixanov və sərnişinləri, Xırdalan şəhər sakinləri Aynur Muradova, Mirzə Muradova və Şərqiyyə Səfərova xəstəxanaya yerləşdirilib.

# 2514
avatar

Oxşar yazılar