Sumqayıtda top mərmisi tapıldı
08 oktyabr 2017 05:49 (UTC +04:00)

Sumqayıtda top mərmisi tapıldı

0

Sumqayıtda top mərmisi aşkarlanıb. ANAMA-dan Lent.az-a daxil olan məlumata əsasən, oktyabrın 6-da  Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində 1 ədəd mərminin olması  barədə məlumatlar daxil olub.

 

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən oktyabrın 7-də Sumqayıt Texnologiyalar Parkı (STP) MMC-ə məxsus olan metal əritmə zavodunun ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-462) aşkar edilib, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat 07 oktyabr 2017-ci il tarixində davam etdirilib, aşkar olunmuş mərminin daşınması mümkün olduğuna görə Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş mərminin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar