Sürücü ilə dalaşıb avtomobilini qaçırdı
27 fevral 2018 12:16 (UTC +04:00)

Sürücü ilə dalaşıb avtomobilini qaçırdı

0

Bakıda avtomobil qaçırmış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 26-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Xırdalan şəhər sakini Ehtiram Vəliyev ilə sərnişini arasında mübahisə baş verib. Bu zaman sərnişin ona məxsus “Daewoo” markalı avtomobili qaçırıb.

 

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Əliyev həmin gün Azadlıq prospektində avtomobillə birgə saxlanılıb.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar