Təhsil Nazirliyi Pedaqoji Universitetdəki aksiyaya münasibət bildirdi
21 oktyabr 2013 15:44 (UTC +04:00)

Təhsil Nazirliyi Pedaqoji Universitetdəki aksiyaya münasibət bildirdi

0

Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetində bir qrup tələbənin semestr imtahanları ilə əlaqədar bu gün keçirdiyi aksiyaya rəsmi münasibət bildirib. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun Lent.az-a verdiyi məlumata görə, hər bir universitetdə semestr imtahanlarının keçirilməsi forması universitetdə çalışan professor-müəllim və tələbə heyətinin birgə müzakirəsindən sonra  seçilə bilər və bu forma nazirlik tərəfindən təsdiq olunur: “Təhsil Nazirliyi olaraq bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən semestr imtahanlarının keçirilməsi formasında hər hansı dəyişikliyi nazirlik təsdiq etməyib”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1762

Oxşar yazılar