Tovuz, Ağdam, Füzuli atəşə tutuldu
25 yanvar 2013 10:03 (UTC +04:00)

Tovuz, Ağdam, Füzuli atəşə tutuldu

0

 

Erməni silahlı bölmələri dünən və bu gecə bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən ordusu Ermənistanın Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutub. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Mərzili və Cəvahirli, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli  kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar