TQDK əməkdaşlarının döyülməsini təkzib edir - YENİLƏNİB
26 aprel 2013 14:50 (UTC +04:00)

TQDK əməkdaşlarının döyülməsini təkzib edir - YENİLƏNİB

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Yasamal rayonunda yerləşən 53 saylı məktəbdə baş verən qalmaqala aydınlıq gətirib. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elnur Nağızadə Modern.az-a faktı təsdiqləyib. O bildirib ki, həmin məktəbdə monitorinq imtahanı zamanı şagirdlər intizamsızlıq ediblər:

“XI şagirdlərinin monitorinq imtahanı aparılıb. XI sinif şagirdləri monitorinq imtahanlarının gedişinə mane olmaq üçün kobudluq və intizamsızlıq ediblər. İmtahan rəhbəri isə sərt reaksiya göstərib və bu, onlar tərəfindən təkrar kobudluqla qarşılanıb”.

Xatırladaq ki, Yasamal rayonunda yerləşən 53 saylı məktəbdə TQDK nümayəndələri ilə məktəb şagirdləri arasında xoşagəlməz hal yaşayıb. Belə ki, TQDK-nın nümayəndələri 11-ci sinifləri yoxlamaq üçün adı çəkilən məktəbə yollanıb. Sinfə daxil olan nümayəndələr 11-ci sinifdə bir qızın hicablı olduğunu görüb, ondan tələb ediblər ki, təcili başını açsın. Hicablı şagird soyuqqanlılıqla “açmıram” deyib. Bunu görən və pərt olan həmin TQDK nümayəndəsi sinif qarşısında "yüz oyundan çıxırlar, sonra da başlarını bağlayırlar" deyərək qızı təhqir ediblər. Dərsdən sonra sinif oğlanları məktəbin həyətinə yığılıb həmin şəxsləri döyüblər.

 

 

*****

13.50

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası komissiya nümayəndələrinin döyülməsi məsələsinə aydınlıq gətirib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 25–də Bakı şəhərində yerləşən 53 saylı orta ümumtəhsil müəssisəsində keçirilən monitorinq imtahanı ilə bağlı bəzi kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

TQDK bununla əlaqədar olaraq bildirir ki, Bakı şəhəri Yasamal rayonu 53 saylı orta ümumtəhsil müəssisəsində aprelin 25-də fizika fənni üzrə keçirilən monitorinq imtahanında XI sinif şagirdlərindən bir neçəsi imtahanın gedişinə mane olaraq intizamsız hərəkətlər ediblər. Bu, imtahan rəhbəri tərəfindən tənbehlə qarşılanmış və onlara sərt şəkildə xəbərdarlıq edilib. İmtahan rəhbərinin sərt reaksiyası şagirdlər tərəfindən kobudluqla qarşılanıb.

İmtahan prosesinin təlimata uyğun qaydada aparılmasını təmin etmək mümkün olub.

Qeyd edirik ki, Komissiya nümayəndələrinin döyülməsi və guya imtahan zamanı hicablı şagirdə geyiminə görə irad bildirilməsi ilə bağlı əvvəlcə sosial şəbəkələrdə, daha sonra KİV-də yayılmış şayiə xarakterli məlumatların heç bir əsası yoxdur. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1845

Oxşar yazılar