Universitet rektorunun köməkçisi tutuldu
16 aprel 2013 10:58 (UTC +04:00)

Universitet rektorunun köməkçisi tutuldu

0

Lənkəran Dövlət Universitetinin rektorunun köməkçisi tutulub.


 

APA-nın cənub bürosunun məlumatına görə, universitetin rektoru Asəf İsgəndərovun köməkçisi Qorxmaz Ağayev Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən aprelin 15-də keçirilən əməliyyat zamanı saxlanıb. Q. Ağayevin hansı cinayətdə ittiham olunduğu açıqlanmır.

 

Əməliyyat və rektor köməkçisinin saxlanması barədə məlumat hələlik rəsmi dairələr tərəfindən təsdiqlənməyib. Əməliyyat zamanı digər saxlanılanların olub-olmaması barədə də məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2715

Oxşar yazılar