Xaçmaz sakinin çürümüş meyiti tapıldı
22 sentyabr 2013 21:52 (UTC +04:00)

Xaçmaz sakinin çürümüş meyiti tapıldı

Üç gün əvvəl itkin düşmüş Xaçmaz rayon sakinin meyiti tapılıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonun Üçgün kənd sakini, 1968-ci il təvəllüdlü İlqar Səlimovun meyiti 3 gün öncə idarə etdiyi “VAZ 21 011” markalı avtomobilin içərisindən Xaçmaz-Quba yolunun 4-cü kilometrliyində, körpünün altındakı dərədən kolluqlarının arasından tapılıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Sürücünün çürümüş meyiti və maşın dərədən çıxarılıb. İ. Səlimovun qəzaya düşərək öldüyü ehtimal olunur. Ərazi kolluq olduğundan qəzaya düşən maşın və sürücünün yerini bir neçə günə müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

# 1868
avatar

Oxşar yazılar

Qarajdan  4 kişi meyiti  tapıldı

Qarajdan 4 kişi meyiti tapıldı

16 may 2024 , 13:06
"Priora" velosipedçini vurub öldürdü

"Priora" velosipedçini vurub öldürdü

16 may 2024 , 12:44
Dövlət sərhədini pozan 10 nəfər  saxlanıldı

Dövlət sərhədini pozan 10 nəfər saxlanıldı

16 may 2024 , 12:17
Polis idarəsinin rəisi işdən QOVULDU  - tualetdə qadınları izləyirmiş

Polis idarəsinin rəisi işdən QOVULDU - tualetdə qadınları izləyirmiş

16 may 2024 , 12:11
Bakıda AĞIR QƏZA:  1 ölü, 3 yaralı var

Bakıda AĞIR QƏZA: 1 ölü, 3 yaralı var

16 may 2024 , 11:25
Şəmkirdə 77 yaşlı qadını maşın vurub öldürdü

Şəmkirdə 77 yaşlı qadını maşın vurub öldürdü

16 may 2024 , 10:52
Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən TUTULDU

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən TUTULDU

16 may 2024 , 10:40
Abşeronda gənc oğlan özünü asdı

Abşeronda gənc oğlan özünü asdı

16 may 2024 , 10:30