Xuliqanlıq etmiş şəxsdən 2 tapança götürüldü
12 sentyabr 2017 13:01 (UTC +04:00)

Xuliqanlıq etmiş şəxsdən 2 tapança götürüldü

0

Sumqayıt sakinindən silah götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb və tapança ilə hədələyiblər.

 

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Anar Tağızadə və Qabil Əliyev tutulublar.

 

A.Tağızadədən 1 ədəd idman və 1 ədəd pnevmatik tapança götürülüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar