Yaponiyanı qorxudan xəbər
02 sentyabr 2013 17:51 (UTC +04:00)

Yaponiyanı qorxudan xəbər

Fukusima Atom Elektrik Stansiyasından (AES) yaponları qorxudan xəbər gəlib.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə,  Fukusima AES-in operatoru olan TEPCO bu gün stansiyada radiasiya səviyyəsinin zənn ediləndən 18 dəfə daha yüksək olduğunu və radiasiyaya məruz qalan insanı 4 saat ərzində öldürə biləcəyini açıqlayıb.

Qeyd edək ki, bu, 2011-ci ildə zəlzələ və sunamidən sonra Fukusima AES-də qeydə alınan ən yüksək və ən riskli radiasiya səviyyəsidir. TEPCO öncəki araşdırmalarında AES-də radiasiya səviyyəsinin saatda 100 millisievert olduğunu açıqlamışdı. Ancaq daha həssas cihazlarla aparılan son ölçmə zamanı radiasiyanın səviyyəsinin saatda 1800 millisievert olduğu üzə çıxıb.

 

Yaponiya baş naziri Şinzo Abe AES-dəki radiasiya sızmalarının qarşısının alınması üçün daha çox çalışacaqlarını vəd edib.

# 781
avatar

Oxşar yazılar