Yevlax sakinindən silah götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax şəhər sakini Qnyaz Bəkirovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.
Araşdırma aparılır.