Sentyabrın 11-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə olan Türkiyə, Rusiya, Fransa nümayəndələri ilə görüşüb. Lent.az-ın Müdafiə Nazirliyin saytına istinadən məlumatına görə, nazir Türkiyənin milli müdafiə naziri İsmət Yılmazla “Bakı Ekstro Mərkəzi”də görüş keçirib. Görüşdə, ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Eləcə də, görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun iştirak edib.
Zakir Həsənov Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin İdarə rəisi cənab Vladimir Artemyevi qəbul edib. Görüşdə Azərbaycan-Rusiya hərbi-texniki sahədə mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra müdafiə naziri olan Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq İnkişaf direktorluğunun nümayəndəsi general-mayor Jan-Kristov Nuronu qəbul edib. Görüş zamanı Azərbaycan və Fransa arasında qarşılıqlı maraq doğuran hərbi və hərbi-texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye də iştirak edib.