Xəzər dənizində genişmiqyaslı ƏMƏLİYYAT:  126 nəfər saxlanıldı
31 oktyabr 2026 19:13 (UTC +04:00)

Xəzər dənizində genişmiqyaslı ƏMƏLİYYAT: 126 nəfər saxlanıldı

0

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Bildirilib ki, oktyabr ayı ərzində digər dövlət qurumları ilə birgə keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində 126 qanun pozucusu və 44 kiçikhəcmli gəmi saxlanılıb. Əməliyyat zamanı 11,5 kiloqram narkotik vasitə və qanunsuz balıq ovu üçün istifadə edilən ümumi uzunluğu 88 kilometr olan ov alətləri müsadirə edilib.

Bundan başqa, balıq torlarında aşkarlanan 2337 nərə və digər növ balıq xilas edilərək yenidən təbii yaşayış mühitinə buraxılıb. Qanun pozuntularına görə ümumilikdə 4,5 milyon tengedən (təxminən 16 min 753 manat) çox inzibati cərimə tətbiq olunub.

Komitənin məlumatına əsasən, görülən tədbirlər nəticəsində dövlətə 840 milyon tengedən çox (təxminən 3 milyon 127 min manat) ziyanın vurulmasının qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar