Sumqayıtda məktəbli qızı   sevgilisi küçədə döydü - Cinayət işi AÇILDI
31 oktyabr 2026 13:05 (UTC +04:00)

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - Cinayət işi AÇILDI

0

Sumqayıtda məktəbli qız küçədə döyülüb.

Lent.az xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb.

18 yaşlı Samir Musayev (şərti adla) sevgili münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub. Nəticədə yeniyetmə qız zərbənin təsirindən yerə yıxılaraq, xəsarətlər alıb və hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb.

Faktla bağlı S. Musayev saxlanılıb və barəsində cinayət işi açılıb.

Məlumata görə, hadisə qısqanclıq səbəbilə yaranıb. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və dəymiş ziyanı ödədiyini bildirib. Həmçinin orta məktəblərin birinin 9-cu sinfində təhsil alan Mahirə də Samirə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S. Musayev məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar