Almaniyada etirazlar  başladı
31 oktyabr 2026 19:37 (UTC +04:00)

Almaniyada etirazlar başladı

0

Almaniyanın 30-dan çox böyük şəhərində gənclərin hərbi xidmətə çağırışın bərpasına və hökumətin sosial siyasətinə qarşı etiraz aksiyaları başlayıb.

Lent.az Almaniyanın ZDF telekanalına istinadən xəbər verir ki, aksiyalar “Z nəsli qərar verir” (“Gen Z regelt”) hərəkatı tərəfindən təşkil olunub.

Oktyabrın 31-də başlayan nümayişlər Berlin, Hamburq, Köln, Münhen, Frankfurt və Ştutqart da daxil olmaqla bir çox şəhəri əhatə edib.

Etirazçılar hərbi xidmətə çağırışın bərpasına qarşı çıxmaqla yanaşı, təhsilə daha çox vəsait ayrılmasını, mənzil xərclərinin azaldılmasını və iqlim dəyişikliyinə qarşı tədbirlərin gücləndirilməsini tələb edirlər. Mayns şəhərində nümayişçilər “Bankların və korporasiyaların hakimiyyətinə son qoyulsun!” şüarı səsləndiriblər.

Almaniya polisinin məlumatına görə, bəzi solçu ekstremist qruplaşmalar da tərəfdarlarını nümayişlərə qoşulmağa çağırıblar. Bununla əlaqədar ölkə üzrə təhlükəsizlik tədbirləri gücləndirilib. Mümkün iğtişaşlardan ehtiyatlanan bəzi mağaza sahibləri hələ oktyabrın 30-dan vitrinlərini qorumaq üçün əlavə tədbirlər görüblər.

Aksiyaların təşkilatçıları isə zorakılığı rədd etdiklərini və nümayişlərin dinc xarakter daşımalı olduğunu bəyan ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar