Xameneidən generallara sərt TAPŞIRIQ
31 oktyabr 2026 15:27 (UTC +04:00)

Xameneidən generallara sərt TAPŞIRIQ

0

İranın ali rəhbəri Müctəba Xamenei Silahlı Qüvvələrə düşmən tərəfindən yarana biləcək istənilən təhlükəyə dərhal və qətiyyətlə cavab verməyi tapşırıb.

Lent.az xəbər verir ki, bu barədə Xameneinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İranın ali rəhbəri ölkənin yüksək rütbəli hərbi komandirləri ilə görüşündə Silahlı Qüvvələrin mümkün təhdidlərə qarşı hazırlıq vəziyyətində olmasının vacibliyini vurğulayıb.

Xamenei istənilən təhdidə cavab tədbirlərinin yalnız müəyyən ərazi ilə məhdudlaşmamalı olduğunu bildirib. Onun göstərişinə əsasən, İran ordusu düşmənin mümkün hərəkətlərinə operativ və təsirli cavab verməyə hazır olmalıdır.

Ali rəhbər həmçinin hərbi hazırlığın gücləndirilməsi və ölkənin müdafiə imkanlarının artırılması barədə tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar