Yasamalda ikimərtəbəli obyekt yandı - VİDEO
19 noyabr 2025 09:12 (UTC +04:00)

Yasamalda ikimərtəbəli obyekt yandı - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, H.Məcidov küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 225kv.m. olan ikimərtəbəli müxtəlif təyinatlı obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda park edilmiş avtomobillərə və tikililərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 15kv.m. olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan obyektin 2-ci mərtəbəsində yerləşən kafenin plastikdən ibarət pəncərələri deformasiya edib.

Obyektin böyük hissəsi, yaxınlıqda park edilmiş avtomobillər və digər tikililər yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar