Yataqxana binasında YANĞIN
01 aprel 2021 16:10 (UTC +04:00)

Yataqxana binasında YANĞIN

Gəncədə yataqxana binasında yanğın olub.

FHN-dən Lent.az-a verilən məlumata görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan otağın döşəməsi 2 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1347
avatar

Mehman Nəbiyev

Oxşar yazılar