Yeni doğulan oğlan üçün qoç kəsən  azərbaycanlı ölkədən QOVULDU
25 iyun 2025 18:12 (UTC +04:00)

Yeni doğulan oğlan üçün qoç kəsən azərbaycanlı ölkədən QOVULDU

Rusiyanın Moskva vilayətində uşaq meydançasında qoç kəsən azərbaycanlılar cəzalandırılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Troitsk yaxınlığındakı Yeni Moskvada uşaq meydançasında baş verib.

Məlumata görə, həmin şəxslərdən biri artıq Rusiya ərazisindən deportasiya edilərək vətəninə göndərilib, ikincisi isə Rusiya vətəndaşlığı olduğu üçün 15 sutka həbs edilib.

Məlum olub ki, həmin gün kişilərdən biri yeni oğlunun dünyaya gəlməsini qeyd edirmiş. Azərbaycan xalq ənənəsinə görə, yeni doğulan körpənin atası bu hadisənin şərəfinə qoç kəsməlidir.

Həmyerlimiz milli adətimizə əməl etsə də, lakin yanlış yerdə bunu icra etdiyini başa düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990

Oxşar yazılar