Yeniyetməyə qarşı əxlaqsızlıq edən  BƏRAƏT aldı
15 fevral 2022 17:17 (UTC +04:00)

Yeniyetməyə qarşı əxlaqsızlıq edən BƏRAƏT aldı

Bərdə rayon Məhkəməsinin 2022-ci il fevralın 10-dakı hökmü ilə Cinayət Məcəlləsinin 152.1-ci mаddəsi ilə təqsirləndirilən rayon sakininə bəraət verilib.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki,hökmün işin faktiki hallarına uyğun olmaması əsası ilə həmin şəxsin Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması məqsədilə fevralın 15-də Baş Prokurorluq Gəncə Apellyasiya Məhkəməsinə protest verib.

Qeyd edək ki, iş üzrə bəraət alan şəxs Cinayət Məcəlləsinin 152.1-ci (onaltı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsilə təqsirli bilinir.

# 3957
avatar

Mehman Nəbiyev

Oxşar yazılar