Yerevanda hərbçi  özünü doğrayıb   öldürdü
07 iyun 2023 13:06 (UTC +04:00)

Yerevanda hərbçi özünü doğrayıb öldürdü

İyunun 6-da İrəvanda faciəli hadisə baş verib.

Lent.az Ermənistan mediasına istinadən bildirir ki, saat 23:00-da “Heratsi” 1 saylı Universitet Xəstəxanasından Ərəbkir polis şöbəsinə təcili yardım briqadasının Orbeli küçəsindən yaralı vətəndaşı onlara çatdırması barədə məlumat daxil olub.

Araşdırma zamanı polis xəstəxanaya aparılan vətəndaşın 21 yaşlı Yerevan sakini Levon S. olduğunu və qısa müddətdən sonra özünə gəlmədən dünyasını dəyişdiyini müəyyən edib.

Onlar həmçinin müəyyən ediblər ki, həmin gün saat 22 radələrində Levon S. yaşadığı evin yataq otağında güzgünü sındıraraq onun qəlpələri ilə özünə xəsarət yetirib. Onu bu vəziyyətdə anası tapıb və təcili yardım çağırıb.

Məlumata görə, intihar edən hərbçi olub.

# 1332
avatar

Oxşar yazılar