Yol polisi 25 rayonda reyd keçirdi: xeyli sərxoş sürücü...
24 may 2021 11:57 (UTC +04:00)

Yol polisi 25 rayonda reyd keçirdi: xeyli sərxoş sürücü...

Azərbaycanın bir sıra şəhər və rayonlarında yol polisi tərəfindən reyd keçirilib.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Gəncə, Ağsu, Qax, Qazax, Qəbələ, Qusar, Zaqatala, Yardımlı, Kürdəmir, Goranboy, Lerik, Mingəçevir, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Cəlilabad, Şəki, Şəmkir, Şirvan, Gədəbəy və Xocalı rayon yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə və ya hüquqsuz idarə edən şəxslər saxlanılıb. Onların barələrində qanuna uyğun inzibati tənbeh tədbirləri görülüb. Bu kimi halların yaranma səbəb və şəraiti araşdırılaraq gələcəkdə təkrarlanmaması üçün profilaktiki söhbətlər aparılıb.

# 1293
avatar

Mehman Nəbiyev

Oxşar yazılar