Zaqatalada qadın özünü öldürmək üçün sirkə turşusu içdi
29 may 2023 10:36 (UTC +04:00)

Zaqatalada qadın özünü öldürmək üçün sirkə turşusu içdi

Zaqatalada intihara cəhd hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Muxax kəndində olub. 72 yaşlı Z. Abdullayeva sirkə turşusu içərək özünü öldürmək istəyib. O, daxili orqanların yanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya gətirilərkən Z. Abdullayeva özündə olmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 2250
avatar

Mehman Nəbiyev

Oxşar yazılar