Olimpiada-2012: Azərbaycan ilk qızılı qazandı!
London Olimpiadasında sərbəst güləş üzrə 60 kq çəki dərəcəsində Azərbaycan güləşçisi Toğrul Əsgərov qalib olub. “Apasport.az” saytının məlumatına görə, 19 yaşlı T. Əsgərov finalda Rusiya idmançısı Besik Kuduxovla qarşılaşıb. İdmançımız Pekin-2008-in bürünc mükafatçısı, 4 qat dünya çempionu B. Kuduxovu ilk hissədə 1:0 hesabı ilə məğlub edib. Ardınca rusiyalı idmançı revanşa cəhd etsə də, Əsgərov ona imkan verməyib. İkinci hissədə Toğrul Əsgərov Kuduxova 5:0 hesabı ilə qalib gəlib. Bununla, o, Azərbaycana London Olimpiadasında ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, bu çəki dərəcəsində xalçaya çıxan Toğrul Əsgərov ilk mərhələdən azad idi. Avropa çempionumuz 1/8 finalda almaniyalı Tim Şleyherlə qarşılaşıb.
Görüş həmyerlimiz üçün yaxşı başlayıb. O, birinci hissədə 2:0 hesabı ilə qalib gəlib. Növbəti 2 dəqiqə də pəhləvanımız üçün uğurlu olub. Əsgərov bu dəfə 7:1 hesabı ilə rəqibini məğlub edib və 1/4 finala yüksəlib.
Onun budəfəki rəqibi yaponiyalı Keniçi Yumoto olub. Toğrul Asiya təmsilçisinə də gücünü göstərib. Hər iki hissədə rəqibindən üstün olan (1:0, 2:2) güləşçimiz yarımfinalda iştirak hüququ qazanıb.
Finala gedən yolda həmyerlimiz amerikalı Koleman Skottla üz-üzə gəlib. Toğrul yenə də rəqibini məğlub etməyi bacarıb. İlk hissədə 1:0, ardınca 4:0 hesabı ilə qələbə qazanan güləşçimiz finala yüksəlib.

Oxşar yazılar

Norveç İsraillə oyundan qazanacağı pulu Qəzzaya bağışlayacaq
21 avqust 2025 , 17:23
"Barselona" bu futbolçuya 9 milyon avro maaş verəcək
21 avqust 2025 , 15:41
Klub onu satmaqdan imtina etdi: futbolçu analıq məzuniyyətinə çıxmaq niyyətindədir
21 avqust 2025 , 11:37
Soyunub-geyinmə otağındakı davadan sonra transfer siyahısına qoyuldular
21 avqust 2025 , 09:32
Qalmaqallı boksçu çıxışını dayandırdı
21 avqust 2025 , 06:52
Qadın güləşçimiz dünya çempionatının finalında
21 avqust 2025 , 05:22
Çempionlar Liqası: “Fənər”dən qolsuz heç-heçə
21 avqust 2025 , 01:03