Bakıda yeni velodrom tikiləcək
19 oktyabr 2012 13:29 (UTC +04:00)

Bakıda yeni velodrom tikiləcək

Yaxın müddətdə Bakıda yeni velodrom tikiləcək. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən gənclər və idman naziri Azad Rəhimov artıq müvafiq Dövlət Proqramına təklifin ünvanlandığını söyləyib.

O, hazırda “20 yanvar” metro stansiyası yaxınlığındakı velotrekdə əsaslı yenidənqurma işlərinin aparıldığını da açıqlayıb: “Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi ilə birgə həmin velotrekdə olmuşuq. Hazırda orada böyük işlər aparılır. Velotrekdəki yürüş zolaqları təmir olunur. Köhnə binalar sökülür, yeniləri tikilir. Deyə bilmərəm ki, ora tam dünya standartlarına cavab verəcək. Amma məşq bazası kimi yaxın müddətdə fəaliyyətə başlayacaq”.

Velosiped idmanı növü üzrə 10-dək idmançımızın olduğunu deyə nazir bunu da bir irəliləyiş sayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1678

Oxşar yazılar

"Bavariya" Almaniya Superkubokunu qazandı

"Bavariya" Almaniya Superkubokunu qazandı

17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi

"Barselona" səfərdə qalib gəldi

17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı

“Neftçi” “Şamaxı” ilə bacarmadı

16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı

“Mançester Siti” PSJ-nin qapıçısını aldı

16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını  qeydiyyatdan keçirdi

"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi

16 avqust 2025 , 16:40
Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü,  oyun dayandı

Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü, oyun dayandı

16 avqust 2025 , 13:56
Messi yenidən meydana qayıtdı

Messi yenidən meydana qayıtdı

16 avqust 2025 , 09:42
"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ

"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ

15 avqust 2025 , 19:56