Məşhur pəhləvan Nadir Ağayevin xatirəsinə turnir
Masallı Olimpiya İdman Kompleksində əməkdar məşqçi, idman ustası, Masallı güləş məktəbinin yaradıcısı, tanınmış pəhləvan, mərhum Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə respublika turniri keçirilib.
APA-nın Cənub bürosunun məlumatına görə, yarışların açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Seyfəddin Əliyev, Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin məsul işçisi Əliniyaz Mirzəyev, Azərbaycan Güləş Federasiyasının regionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanov, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, turnirin təşkilat komitəsinin üzvü Qasıməli Qasımov və başqaları ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət, sosial və digər sahələrlə yanaşı, idmana da göstərilən xüsusi qayğıdan bəhs edərək, bütün idmançılara uğurlar arzulayıblar. Üç gün davam edən turnirdə respublikanın ayrı-ayrı şəhər və rayonlarından 200-dək gənc pəhləvan qüvvəsini sınayıb.
Yarışların yekununda müxtəlif çəki dərəcələrində birinci, ikinci və üçüncü yeri tutan idmançılar Masallı rayon Gənclər və İdman İdarəsinin diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Oxşar yazılar

Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü, oyun dayandı
16 avqust 2025 , 13:56
Messi yenidən meydana qayıtdı
16 avqust 2025 , 09:42
"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ
15 avqust 2025 , 19:56
Petr Çex 26 illik arvadından ayrıldı
15 avqust 2025 , 18:24
Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: "Qafqazda sözü tuturlar"
15 avqust 2025 , 16:28
Qadın hakimə toxunan iranlı futbolçu meydandan qovuldu
15 avqust 2025 , 14:02
“Messiyə dörd ildə təxminən 1400 iynə vurulub” – Uşaqlıq həkimi DANIŞDI
15 avqust 2025 , 11:36