Kurban Berdıyev: “Müqaviləm başa çatır, amma qalmaq istəyirəm”
Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev başqa komandaların sükanı arxasına keçməyəcək. Lent.az-ın məlumatına görə, bu barədə türkmənistanlı mütəxəssis “Sport-Ekspress”ə müsahibəsində deyib.
Berdıyev bildirib ki, keçmiş SSRİ respublikalarından bir neçə təklif alıb. Lakin o, nə klub, nə də yığma komandaların baş məşqçisi olmayacağını bildirib: “Mən ilk növbədə, uşaq-gənclər futbolunun inkişafı və infrastrukturun yaradılmasına köklənmişəm. “Rubin”lə müqaviləm dekabrın 31-də başa çatır. Hələlik klubdan mənə yeni müqavilə təklif olunmayıb. Fikrimcə, bu məsələyə qəyyumlar şurasının iclasından sonra aydınlıq gələcək. “Rubin” mənim ürəyimdədir. Yalnız Kazanda mənim işim alınıb. Əlbəttə, qalmaq istərdim. Lakin hər şey Allahın əlindədir. Necə məsləhət görsə, elə də olacaq”.
Təcrübəli mütəxəssis son zamanlar klubda aparılan yoxlamalara da toxunub. Baş məşqçi yoxlamalara öyrəşdiklərini söyləyib.
Qeyd edək ki, Kurban Berdıyev 2001-ci ildən “Rubin”in baş məşqçisidir.

Oxşar yazılar

"Sadəcə sehrli bir gecə": Verratti Neymarın Messini PSJ-yə necə cəlb etdiyini AÇIQLADI
1 avqust 2025 , 18:31
Futbolçular meydana super qəhrəman geyimində itlərlə çıxdılar - FOTOLENT
1 avqust 2025 , 14:30
“Real”ın gənc istedadı A Seriyasında
1 avqust 2025 , 13:03
Messi və Ronaldonun reytinqi azarkeşləri şoka saldı
1 avqust 2025 , 10:15
“Araz-Naxçıvan” Konfrans Liqasında növbəti tura vəsiqə qazandı
1 avqust 2025 , 00:28
“Qalatasaray” Osimhenin transferini açıqladı
31 iyul 2025 , 23:24
"Sabah" öz meydanında "Petrokub"u darmadağın etdi
31 iyul 2025 , 22:06