Vinfrid Şefer: “Borussiya” ilə oyunda “Qarabağ”a azarkeşlik edəcəyəm”
Lent.az-ın məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçisi Vinfrid Şefer klubun rəsmi saytına açıqlamasında deyib.
Şefer Unibank Premyer Liqasının IV turunda “Bakı”nın “Qarabağ”la keçirəcəyi səfər oyununun futbol bayramına çevriləcəyinə inam ifadə edib. Onun fikrincə, oyunun Tofiq İsmayılov adına Suraxanı qəsəbəsində deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi daha yaxşı olardı: “Çox istərdim ki, bu qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda oynanılsın. Dediyim kimi, azarkeşlərin futboldan zövq almasını istəyirəm. Çünki futbol məhz onlar üçün oynanılır. Dolu tribunaların dəstəyi altında çıxış etmək futbolçulara da böyük zövq verəcək. İnanıram ki, “Qarabağ” - “Bakı” oyunu futbol bayramına çevriləcək”.
Almaniyalı mütəxəssis “Qarabağ”ın Avropa Liqasındakı oyunlarını izlədiyini də vurğulayıb. O, Ağdam klubunun Almaniyanın Dortmund “Borussiya”sı ilə Bakıda keçirəcəyi Avroliqanın “pley-off” mərhələsinin cavab görüşünü stadiondan izləyəcəyini açıqlayıb: “Avqustun 26-da da stadionda olacağam və “Borusiya” ilə oyunda “Qarabağ”a azarkeşlik edəcəyəm. Çünki son zamanlar Azərbaycan futbolu yüksəlişdədir. Bu səbəbdən də “Qarabağ”ın qələbə qazanmasını istəyirəm”.

Oxşar yazılar

PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43